29 Aprel 2017 01:13
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyada qadın İslam xadimləri uşaq yaşlarında nikah bağlanmasına qarşı nadir fətva veriblər.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, hüquqi qüvvəsi olmasa da, müsəlmanlara böyük mənəvi təsirə malik olan fətva ölkənin qadın dini xadimlərinin üç günlük qurultayından sonra verilib.

Din xadimləri qadınlara nikah bağlamaq üçün aşağı yaş həddini hazırkı 16-dan 18-ə qaldırmağı hökümətə tövsiyə ediblər. İndoneziyada müsəlmanlar əhali arasında çoxluq təşkil edirlər. Eyni zamanda ölkə, nikaha girən uşaqların sayına görə də dünyada irəlidə gedənlər sırasındadır.


Müəllif: