29 Aprel 2017 01:24
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın sabiq prezidenti Barak Obama Nyu-Yorkda növbəti çıxışına görə 400 min dollar qonorar alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat verib.

Qeyd olunur ki, Obama Nyu-Yorkun "The Pierre" otelində "A&E Networks" şəbəkəsinin reklam tədbirində tarixçi Doris Kirns Qudvinin suallarını cavablandırıb.

Obama daha öncə Uoll-Stritdəki çıxışına görə də 400 min dollar almışdı. Sabiq prezident müqavilə əsasında çıxış edəcəyini rəsmən açıqlayıb. Çıxışın qiymətlərini isə onun meneceri müəyyənləşdirib.


Müəllif: