29 Aprel 2017 12:02
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın iki özəl ali məktəbinin rektorlarının tələbələrə saxta diplomlar verdiyi sübuta yetirilib.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu haqda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin rəhbəri Samson Qalstyan məlumat verib.

Onun sözlərinə görə, artıq fakt üzrə cinayət işi açılıb. İlkin sübutlar hətta imtahanda iştirak etməyən tələbələrə belə diplom paylandığını təsdiq edib. O da məlum olub ki, saxta diplomlar nəinki yalnız Ermənistan vətəndaşlarına, həmçinin İsrail, İran, ABŞ, Gürcüstan, Rusiya, Özbəkistan və digər ölkələrdən olan tələbələrə də verilib.

Qeyd edək ki, mediada 3 universitet rektorunun vəzifə səlahiyyətini aşdığına dair məlumatlar yayılmışdı. Artıq ikisi barədə faktlar sübuta yetirilib.

Nərgiz


Müəllif: