29 Aprel 2017 14:36
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Xalq Demokratik Respublikasının raket sınaqları ilə əlaqədar olaraq Uzaq Şərqdəki hava hücumundan müdafiə sistemimiz yüksək döyük hazırlığı vəziyyətində gətirilib. Rusiya Federasiyası Hərbi Hava Qüvvələri cavabdeh olduqları hava məkanına ciddi şəkildə nəzarət edir.

Teleqraf.com xəbər verir ki, bunu “RİA-Novosti”yə açıqlamasında Federasiya Şurasının komitə sədri Viktor Ozerov bildirib.

“Rusiya KXDR ətrafında baş verənləri son dərəcə diqqətlə izləyir”, - deyən senator KXDR-in raket sınağının məqsədlərinə qarışmamaqla bağlı Rusiyanın özünə hesabat verdiyini bildirib.

“Digər tərəfdən texnika texnikadır və bizim hərbçilər onlardan asılı olan hər şeyi edirlər ki, qeyri-adi vəziyyət halında raketlər təsadüfən Rusiya ərazisinə düşməsin”, - deyə V.Ozerov vurğulayıb.

Səxavət


Müəllif: