29 Aprel 2017 17:16
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Karl Vinson” təyyarə gəmisi (təyyarələrin qalxması və enməsi üçün geniş meydançası olan hərbi gəmi - tərc.) Susimski boğazından keçməklə bu gün Yapon dənizinə daxil olub.

Teleqraf.com-un məlumatına görə, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

Gəmi aprelin 23-dən etibarən ABŞ Hərbi Dəniz Qüvvələri ilə Yaponiya özünümüdafiə qüvvələrinin birgə təlimlərində iştirak edir. Yaxın vaxtlarda isə Cənubi Koreya Silahlı Qüvvələri ilə birgə təlimlərin keçirilməsi gözlənilir.

Qeyd olunur ki, təlimlər Koreya Xalq Demokratik Respublikasına təzyiq göstərmək məqsədi daşıyır.
Amerika aviasiya zərbə qrupu “Karl Vinson”un başçılığı ilə Koreya yarımadası sahillərinə Şimali Koreyanın raket sınaqları keçirməsindən sonra – aprelin əvvəlində göndərilib.

Aviadaşıyıcı həmin rayonda bir aya yaxın qalacaq. Zərbə qrupuna, həmçinin, “Aegis” erkən aşkarlama sistemi ilə təchiz olunmuş “Leyk Çempleyn” raket kreyseri, “Maykl Merfi” və “Vayn E. Meyer” esminesləri (eskadra mina gəmisi-tərc.) daxildir.

Səxavət


Müəllif: