29 Aprel 2017 19:20
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya prezidenti gün ərzində çoxlu işgüzar görüşlər, iclaslar keçirir və beynəlxalq əlaqələr, o cümlədən xarici liderlərlə telefon əlaqələri saxlayır. Amma bunların hamısı barədə KİV-ə məlumat verilimir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Kommersant” qəzetinin Vladimir Putinlə Petr Poroşenko arasında telefon danışıqlarının olmasına dair yaydığı məlumatı TASS-a şərh edərkən deyib.

Qeyd edək ki, “Kommersant” qəzeti bu yaxınlarda öz mənbələrinə istinadən Rusiya və Ukrayna prezidentlərinin telefon əlaqəsi saxlamağa davam etdiklərini açıqlayıb. Ancaq qəzet qeyd edib ki, hər iki prezidentin mətbuat xidməti bu danışıqlarla bağlı məlumat yaymır.

Səxavət


Müəllif: