15 İyul 2014 15:02
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Paktika vilayətinin Arqun rayonunda dəhşətli terror aktı törədilib.

“Anadolu” xəbər agentliyinə istinadən verilən məlumata görə, bazarda minalanmış avtomobil partlayıb.

İlkin məlumatlara görə, 24 nəfər ölüb, 40-ı isə yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir. Partlayış nəticəsində yaxınlıqdakı bəzi binalar dağılıb. Dağıntıların altında insanların qaldığı bildirilir. Hazırda xilasetmə işləri aparılır.

Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

/publika.az/


Müəllif: