29 Aprel 2017 23:54
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini Şükür Əzizağaoğlu həbs edilib.

Ondan 20,440 qram marixuana götürülüb. Onun Balaxanı qəsəbəsindəki evinə baxış zamanı isə əlavə olaraq 400 qram marixuana da aşkar edilib.

Şükür Əzizağaoğlunun əvvəllər məhkum olunduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: