30 Aprel 2017 01:53
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda ən nüfuzlu səhra komandirlərindən biri olan Gülbəddin Hikmətyar talibləri hökumət qoşunları ilə silahı qarşıdurmanı dayandırmağa və sülh danışıqlarına başlamağa çağırıb. “Xezb-e İslami” partiyasının lideri ötən ilin sentyabrında Əfqanıstan hökuməti ilə ilk sülh sazişi imzalayaraq ölkəyə qayıdıb.

Teleqraf.com azərtac-a istinadla xəbər verir ki, Hikmətyarın çıxışı mücahidlərin qələbəsi kimi qeyd olunan Nəcibulla rejiminin devrilməsinin 25-ci ildönümü ilə üst-üstə düşüb. Əfqanıstan hökumətinin başçısı Abdulla Abdulla onun bu addımını təqdir edib və xalq tərəfindən alqışlandığını bildirib.

Xatırladaq ki, ABŞ dəniz piyadalarının 30 nəfərlik ilk dəstəsi bu gün Əfqanıstanın cənubunda yerləşən Gilmənd vilayətinə gəlib. Ölkənin ən gərgin regionlarından olan bu əyalətə ümumilikdə 300 dəniz piyadası göndəriləcək. Hərbçilərin əsas hədəfi aprelin 28-də ənənəvi “bahar hücumlarına” başladığını elan edən “Taliban” hərəkatı ilə mübarizə olacaq.


Müəllif: