30 Aprel 2017 09:04
1 687
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Mosul şəhərində terror aktı baş verib.

Teleqraf.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, hadisə nəticəsində 14 polis əməkdaşı həlak olub, 20-ci yaralanıb.

Bildirilir ki, İŞİD-in 6 kamikadzesi Mosulun qərbindəki Bab ət-Tub rayonunda polis binasına hücum edib və terror aktı törədiblər. Onlar polis idarəsinin iki binasını ələ keçiriblər. Daha sonra isə İŞİD-in əlinə keçən həmin binalara havadan zərbə endirilib və 17 terrorçu məhv edilib.

Nihad


Müəllif: