30 Aprel 2017 17:15
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Diyarbəkir bölgəsinin Çinar rayonunda Roma imperiyasına məxsus hərbi baza tapılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Dəmirölçək kəndində aşkar edilən hərbi bazanın 1700 illik tarixə malik olduğu bildirilib.

Baza yaxınlığında xristianlara məxsus ilk kilsə, sərhəd qarnizonu, hamamlar, saray, məzarlıq, taxıl depoları və yeraltı sığınacaqlar olub.

Bununla yanaşı, arxeoloji qazıntılar zamanı Mitra dininə aid ilk tapıntı aşkar edilib.

Şəfiqə


Müəllif: