15 İyul 2014 15:37
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq ordusu Səlahəddin vilayətinin Tikrit şəhərində İŞİD terrorçularına qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

İraq Müdafiə Nazirliyindən verilən açıqlamada “Kəskin qılınc” adılı əməliyyat zamanı Tikritdə yerləşən İŞİD qüvvələrinin zərərsizləşdirilməsi nəzərdə tutulur.

Əməliyyat başladıqdan 2 saat sonra Tikrit valiliyi, Tikrit dövlət xəstəxanası İŞİD terrorçularından təmizlənib.

Verilən məlumatlarda bir çox ərazilərin terrorçulardan təmizləndiyi, silahlı qrupların sürətlə bölgəni tərk etdiyi qeyd olunur.

Qeyd edək ki, qurudan tank və toplarla, havadan döyüş təyyarələri və vertolyotlarla terrorçulara qarşı aparılan əməliyyat davam edir.

/axar.az/


Müəllif: