15 İyul 2014 16:31
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün körpələr kimi Tessa Evans da rəqs etməyi, mebellərin üzərinə dırmaşmağı və öpüşməyi çox sevir.

Lakin qızcığaz burunsuz doğulub. On yeddi aylıq Tessa Böyük Britaniyada qeydə alınan 47 insandan biridir ki, belə bir nadir xəstəlikdən əziyyət çəkir.

Tessa iybilmə qabiliyyətindən məhrumdur və onun burun boşluğu yoxdur. Lakin o asqıra və xəstələnə bilir. Bütün çətinliklərinə rəğmən, Tessa hər zaman gülümsəyir.

Bu il Tessaya protez burun qoyulması gözlənilir. Onu da qeyd edək ki, qızcığaz ürək qüsuru və görmə problemi ilə doğulub.

/publika.az/


Müəllif: