15 İyul 2014 19:31
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bugün səhər saatlarında Moskvada 20 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı sabah Moskva şəhərində bir günlük matəm elan olunacaq.

Rusiya mətbuatına istinadən xəbər verilir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

“Moskva şəhər meriyası metroda çoxsaylı insan tələfatı ilə nəticələnən qəzaya görə çərşənbə gününü matəm günü elan edir”-deyə o açıqlayıb. Qeyd edək ki, “Qələbə Parkı” və “Slavyan Bazarı” stansiyaları arasında baş verən texniki qəza nəticəsində son məlumatlra görə 20 nəfər həlak olub, 160 nəfər isə xəsarət alıb.

/modern.az/


Müəllif: