16 İyul 2014 09:37
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Ukraynanın şərqindəki torpaqların hesabına öz ərazisini genişlədəcəyi təqdirdə sözlərdən hərəkətə keçmək vaxtı çatacaq”.

Bu sözləri Çexiya prezidenti Miloş Zeman deyib.

O bildirib ki, belə bir vəziyyətdə ittifaq ölkələrinin də Ukrayna ərazisinə girməsi mümkün olacaq.

“Mən döyüş qırğısı deyiləm, lakin Ukraynanın şərqini zəbt etmə cəhdləri mənim üçün keçilməz bir səddir. O sədd keçilsə mən sülh göyərçinindən çox ciddi sanksiyalar tələb edən insana çevriləcəm”- deyə o xəbərdarlıq məsajını göndərib./anspress/


Müəllif: