16 İyul 2014 10:59
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Hərbi Hava Qüvvələrinin qırıcıları “İraq Şam İslam Dövləti”nin (İŞİD) Mosul şəhərindəki qərargahına ilk zərbələri endirib.

“Anadolu” agentliyinə istinadən verilən məlumata görə, İraqın qırıcılarının hədəfi Mosul Universitetinin şəhərciyi olub.

Universitet şəhərciyində İŞİD silahlılarının gizləndiyi bildirilir. Yerli mənbələrin məlumatına görə, təşkilatın silahlıları şəhərciyə daxil olmağa icazə vermədiyi üçün ölən və yaralananların sayı məlum deyil.

Mosul sakinlərinin öz evlərini tərk etmədikləri xəbər verilir.

/publika.az/


Müəllif: