16 İyul 2014 11:10
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada baş vermiş metro qəzası ilə bağlı Rusiyada matəm elan olunub. Matəmlə bağlı dövlət bayraqları endiriləcək, əyləncəli tədbirlər təxirə salınacaq.

Xatırladaq ki, dünən baş vermiş qəza 79 illik Moskva metropoliteni tarixində ən irimiqyaslı hadisədir. Son məlumatlara görə, qəza nəticəsində 22 nəfər ölüb, 129 nəfər müxtəlif xəsarətlər alıb. Xəsarət alanlar arasında paytaxt sakinlərindən başqa, Rusiyanın 12 regionunun sakini və 5 əcnəbi zərər çəkib. Daha 2 xarici vətəndaş isə həlak olub.

Ülviyyə


Müəllif: