16 İyul 2014 11:18
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filippin sahillərində baş verən qasırğa normal həyatı tamamilə iflic edib.

Belə ki, “Rammasun” qasırğası özü ilə leysan yağışlar və güclü külək gətirib.

Çoxsaylı insan itkisinin qarşısını almaq üçün təbii fəlakət zonasından 180 min nəfərdən artıq yerli sakin evakuasiya edilib.

İlkin məlumata əsasən, qasırğa bir nəfərin həyatına son qoyub. Filippinin Beynəlxalq Qızıl Xaç Komitəsindən verilən məlumata görə, dəniz kənarında yaşayan filippinlilər xəbərdarlığa riayət edərək qabaqcadan evlərini tərk ediblər.

Beləliklə, təxliyə edilənlər, ölkənin şimal əyalətlərində təşkil edilən evakuasiya mərkəzlərinə çatdırılıb. Xatırladaq ki, ötən il Filippində baş verən "Hayyan" qasırğası 6 min yerli sakinin həyatına son qoyub. 1800 nəfər bu günədək itkin düşmüş hesab edilir.

Ülviyyə


Müəllif: