16 İyul 2014 15:52
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın ictimai xadimi, siyasətçi Valeriya Novodvorskaya ilə vida mərasiminə yüzlərlə paytaxt sakini qoşulub.

Mərasimə qoşulanlar arasında tanınmış siyasətçilər, müxalifətçilər, jurnalistlər olub.

Vidalaşanlardan biri, “Exo” radiostansiyasının baş redaktoru Aleksey Venediktovun sözlərinə görə, Novodvorkayanın ölümü Rusiya üçün böyük itkidir.

“Biz Novodvorskaya adlı tapmacanın açmasını elə də bilmədik. O, özündə iki xüsusiyyəti birləşdirirdi: yumor və əzm. Rusiya üçün bu çox böyük itkidir. Biz sadəcə hələlik bunun fərqinə varmamışıq”, - deyə, Venediktov bildirib.

Xatırladaq ki, Valeriya Novodvorskaya iyulun 12-də Moskva klinik xəstəxanasının irinli cərrahiyə şöbəsinin reanimasiya şöbəsində infeksion-toksik şokdan 64 yaşında vəfat edib.

Rusiyanın jurnalist, hüquq-müdafiəçisi, ictimai xadim və siyasətçisi olan Valeriya Novodvorskaya 1950-ci ilin dekabrın 5-də Belarusiya Sovet Sosialist Respublikasında dünyaya gəlib. O, 1969-cu ildən sovet dissident hərəkatında iştirak edib. SSRİ dönəmində ümumilikdə 17 dəfə həbs olunub.

Ülviyyə


Müəllif: