18 May 2017 11:58
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada Lenvil bələdiyyəsi evdə ölməyi qadağan edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bələdiyyənin bu qərarı 5 min nəfərin yaşadığı bölgədə həkim sayını diqqətə çadırmaq və həyəcan təbili çalmaq üçün qəbul edilib.

Lenvilin bələdiyyə sədri Kristofe Dietriç bu qərarın simvolik məna daşıdığını bildirib. 5 min sakinin yaşadığı bölgədə yalnız iki həkimin fəaliyyət göstərdiyinə işarə edən Dietriç son üç həftədə iki dəfə ölüm kağızı vermək üçün 4-6 saat həkim gözlədiklərini bildirib.

Dietriç bu iki həkimin də ilin sonunda təqaüdçü olacağını, onların yerinə hələ heç kimin təyin edilmədiyini deyib.

Bələdiyyə rəhbəri etiraf edib ki, bu qərar axmaqlıqdır:

“Bilirəm, bu qərar axmaqlıqdır, amma biz də axmaq bir vəziyyətlə qarşı-qarşıyayıq".

Şəfiqə Nazimqızı


Müəllif: Teleqraf.com