18 May 2017 12:19
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın ABŞ-da keçirilən sonuncu prezident seçkilərinə kiber müdaxiləyə dair aparılan araşdırmaya Robert Müller rəhbərlik edəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Robert Müller əvvəllər Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru olub.

ABŞ Ədliyyə nazirinin müavini Rod Risentein bildirib ki, istintaqa nəzarət etmək üçün kənardan bir şəxsin təyin edilməsi faydalı deyil.

Qeyd edək ki, Prezident Donald Tramp FBR direktoru Ceyms Komini istefaya göndərdikdən sonra bu cinayət işini araşdırılması ciddi müzakirə olunurdu. Son təyinat həm respublikaçılar, həm də demokratlar tərəfindən müsbət qarşılanıb.

FTB-nin apardığı istintaq çərçivəsində Prezident Trampın seçki qərargahı ilə Rusiya arasında mümkün əlaqələr araşdırılır.

BBC-nin Vaşinqton ofisinin məsələyə dair şərhində qeyd edilib ki, Rusiyanın kiber hücumu ilə bağlı araşdırma artıq yeni və daha ciddi bir mərhələyə daxil olur. BBC qeyd edir ki, keçmiş FTB direktoru bu araşdırmada Ədliyyə Nazirliyinə tabe olacaq.

“Nyu York Tayms” qəzeti isə iddia edib ki, ABŞ Prezidenti Tramp Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komini vəzifədən azad etməklə özünün keçmiş milli təhlükəsizlik məsləhətçisi Flinin Rusiya ilə əlaqələrinə dair aparılan istintaqı bağlamağa çalışır. Ağ Ev bu iddiaları rədd edib.

Cavad


Müəllif: Teleqraf.com