18 May 2017 12:43
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Formula 1" üzrə 7 dəfə çempion olmuş Mixael Şumaxerin həyat yoldaşı Korinna övladlarının öldürülməsi ilə hədələnib.

"Report" Almaniya KİV-inə istənadən xəbər verir ki, şantajçı xanım Şumaxerdən 900 min avro pul tələb edib.

Belə ki, 2016-cı ilin fevral ayında naməlum şəxs Korinnanın elektron poçtuna mesaj göndərərək martın 31-dək pulun köçürülməyəcəyi təqdirdə bala Şumaxerləri öldürəcəyini yazıb.

Şumaxerlərin iki övladı - Cina Mariya adlı qızı və Mik adlı oğlu var.

K.Şumaxer polisə müraciət edib və cinayətkarın kimliyi bank hesabı nömrəsi ilə müəyyənləşdirilib.

Məhkəmə zamanı 25 yaşlı kişi günahını etiraf edib.


Müəllif: Teleqraf.com