18 May 2017 20:12
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya imperatoru Akihitonun 25 yaşlı nəvəsi Mako məktəb yoldaşıyla evlənmək üçün şahzadəlik titulundan imtina edir.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Şahzadə Makonun 5 il əvvəl tanış olduğu, hüquq firmasında işləyən Kei Komuro ilə evlənəcəyi bildirilir.

Yaponiyada əsilzadələrlə evlənməyən şahzadələr titullarını itirirlər.

Muzeydə işləyən şahzadə onsuz da heç vaxt taxta keçə bilməyəcəkdi.Çünki burada qanunla yalnız kişi şahzadələr taxta otura bilir.


Müəllif: Teleqraf.com