18 May 2017 20:39
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt maraqlı bəyanatla çıxış edib.

Xanım Olbrayt bu bəyanatı ABŞ prezidenti Donald Trampın prezident postunda xaricə ilk səfərinə hazırlıqlar fonunda səsləndirib. Belə ki, o bəyan edib ki, Ağ Evdə nələr baş verməsindən, eləcə də Trampın beynəlxalq işlərdə təcrübəsinin az olmasından narahatdır.

Keçmiş dövlət katibi daha sonra bu fikirlərinə onu da əlavə edib ki, eləcə də Trampın "ev tapşırıqlarını" yerinə yetirməməsi onu narahat edir.

Qeyd edək ki, həftə sonu ABŞ prezidentinin xaricə ilk səfəri gözlənilir.

/Trend/


Müəllif: Teleqraf.com