19 May 2017 08:05
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Kimyəvi Fizika İnstitutunun laboratoriyasının alimləri tərəfindən katalizator vasitəsilə havadan yanacaq hasil edilib.

Teleqraf.com xəbər verir ki, xüsusi qurğu karbon qazı və hidrogeni benzinin analoqu hesab edilən karbohidrogen qarışığına çevirir.

Qeyd edək ki, bundan əvvəl ABŞ-da hazırlanan katalizatorların istifadə müddəti az idi. Çin alimləri isə dəmir əsaslı nanotexnologiyaların vasitəsi ilə daha davamlı katalizator hazırlayıblar.

Qabaqcıl qurğu oksid və natrium tərkibli iki növ nanozərrəcikdən ibarətdir. Birinci hissəciklər CO2 birləşməsində elektronların əlaqələrini kəsərək hidrogenin vasitəsilə yenilərini yaradır. İkinci növ seolit adlı nanohissəciklər isə çirkli havanı benzinin analoquna çevirən uzun karbohidrogen zəncirinin yaranmasında iştirak edirlər.


Müəllif: Teleqraf.com