19 May 2017 13:09
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın müdafiə naziri Ceyms Mattis bu ölkənin rəhbərlik etdiyi koalisiyanın Suriya hökumət qüvvələrinə endirdiyi avizərbələri qiymətləndirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Mattis Suriya ordusuna yönəlik hava hücumunun ABŞ-ın Suriyadakı rolunun artırdığı mənasını vermədiyini qeyd edib. Onun sözlərinə görə, bununla belə koalisiya öz güclərini qoruyacaq: “Bizə qarşı təcavüzkar addımlar atılarsa, özümüzü müdafiə edəcəyik”.

Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov ABŞ-ın İordaniya sərhədində Suriya hökumət qüvvələrinə qarşı təşkil etdiyi hava hücumunun qəbuledilməz olduğunu söyləyib: “Bu avizərbələr Suriyanın suverenliyinin pozulması deməkdir. Üstəlik Suriyada atəşkəs rejimi üçün atılan addımlara kömək etməyən bir davranışdır”.

Qeyd edək ki, hadisə Ət-Tanf şəhərinin şimal-qərbində baş verib. Koalisiya qərargahının bəyanatında bildirilir ki, bu addım Rusiyanın hökumət qüvvələrinin Ət-Tanf istiqamətində irəliləməsinin qarşısını almaq cəhdlərinin uğursuzluqla nəticələnməsindən sonra atılıb.

Suriyanın rəsmi xəbər agentliyi SANA da ABŞ-ın lideri olduğu koalisiya qüvvələrinin Suriyanı vurduğunu təsdiqləyib.


Müəllif: Cavad, Nərgiz