19 May 2017 16:09
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vikiliks”in yaradıcısı Culian Assanc Ekvadorun Londondakı səfirliyini tərk etsə, həbs olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi Britaniya polisinə istinadən məlumat yayıb.

Bu gün İsveçin baş prokuroru Marian Nyu Assancın zorlamada ittiham olunmasına ilə bağlı təhqiqatın dayandırılması qərarı verdiyini bildirib və məhkəməyə onun həbsi ilə bağlı daha əvvəl verilmiş orderi ləğv etməyi məsləhət görüb.

Ancaq bu order hal-hazırda qüvvədədir və Assancın Böyük Britaniya hakimiyyəti tərəfindən təcili həbsinin əsasını təşkil edir. Sözsüz ki, bu, “Vikiliks” yaradıcısının Latın Amerikası ölkəsinin Londondakı diplomatik nümayəndəliyini tərk edəcəyi və formal olaraq Birləşmiş Krallıq ərazisinə daxil olacağı təqdirdə mümkündür.


Müəllif: Səxavət