19 May 2017 16:46
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmənin 18 əyalətində tüğyan edən vəba epidemiyası səbəbindən ölənlərin sayı 242 nəfərə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatı ölkə ərazisində 24 minə yaxın adamın bu xəstəliyə yoluxma ehtimalının olduğunu bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl paytaxt Sənada epidemiya ilə əlaqədar fövqəladə vəziyyət elan edilmişdi.

Yəmən hakimiyyəti vəba epidemiyası təhlükəsi barədə ilk dəfə 2016-cı ilin oktyabrında məlumat verib.

Məlumata görə, yoluxma riskinin yüksək olduğu bölgələrdə ümumilikdə 7,6 milyon adam yaşayır.

(Trend)


Müəllif: Teleqraf.com