20 May 2017 00:12
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına yola düşüb.

Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, Tramp ilk xarici turne çərçivəsində həmçinin İsrail və Vatikana səfər edəcək, NATO-nun Brüssel sammitində və G-7 liderlərinin Siciliyada keçiriləcək görüşündə iştirak edəcək.

ABŞ dövlət başçısını Dövlət katibi Reks Tillerson, digər rəsmi şəxslər, eləcə də həyat yoldaşı Melaniya və qızı İvanka müşayiət edir.


Müəllif: Teleqraf.com