20 May 12:57
407

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşdə Federal Təhqiqatlar Bürosu və onun sabiq direktoru Ceyms Komi tərəfindən güclü təzyiqə məruz qaldığını etiraf edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.

Tramp bildirib ki, təzyiq Rusiyaya münasibətlə bağlı olub. Prezident görüş zamanı keçmiş direktoru “psix” və “kütbeyin” adlandırıb.

“Mən lap bu yaxında FTB-nin direktorunu qovdum. O, psix və sarsaq kütbeyin idi. Rusiyaya görə güclü təzyiqlə üz-üzə idim. Amma artıq bu başa çatdı”, - deyə qəzet Trampın sözlərindən sitat gətirib.

Qeyd edək ki, bu, mayın 10-da baş tutmuş Tramp-Lavrov görüşü ilə bağlı yaranmış ilk qalmaqal deyil. Bundan öncə ABŞ KİV-ləri anonim mənbəyə istinadən Trampın Lavrova Suriyadakı hərbi əməliyyatlarla bağlı gizli kəşfiyyat məlumatları ötürdüyü barədə xəbər yaymışdılar.


Müəllif: Səxavət