20 May 2017 13:27
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin və Həmədan vilayətlərində tətil elan olunub.

Teleqraf.com Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinə (GAMAC) istinadən xəbər verir ki, mayın 19-da ölkədə keçirilən prezident və şura seçkilərində verilən səslərin sayılmasına görə məktəblər bir günlüyə tətilə buraxılıb.

Bu barədə Təhsil Nazirliyinin vilayətlərdəki şöbələri qərar verib.

GAMAC bildirir ki, prezident və şura seçkilərində sadəcə rejimin səlahiyyət verdiyi namizədlər bir-biri ilə rəqabət aparıb:

“Namizədlər televiziyadakı debatlarda biri-birilərini korrupsiya və yalnış idarəçilikdə günahlandırdılar. Təbliğat-təşviqat dönəmində milli-mədəni fəallar Azərbaycanın milli və demokratik haqlarını müxtəlif vasitələrlə gündəmə gətirdilər”.


Müəllif: Səxavət