20 May 2017 13:15
1 700
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına xüsusi planla gəlir.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Vaşinqton post" qəzeti yazıb.

Qəzet iddia edir ki, Donald Tramp Körfəz ölkələrindən ibarət Ərəb NATO-su yaratmağı planlayır. Məqsəd terrorla mübarizə və İranın bölgədəki nüfuzunu zəiflətməkdir.

İki ölkə arasında 100 milyard dollarlıq silah alış-verişi ilə bağlı saziş imzalanacağı gözlənilir.

Donald Tramp artıq Səudiyyə Ərəbistanının paytaxtı Riyaddadır.


Müəllif: Mahir