16 İyul 2014 18:21
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İraqın növbəti prezidenti kürd olmalıdır”.


Alınan məlumata görə, bu sözləri İraq baş naziri Nuri əl-Maliki deyib.


Baş nazirin sözlərinə görə, yalnız belə bir insan ölkəni böhrandan çıxara bilər.

Nuri əl-Maliki İraqın parçalanacağı halda alovun qonşu ölkələrə də keçəcəyini bildirib: “Bu yalnız İraq coğrafiyasının deyil, həm də onun sərvətlərinin parçalanması olacaq. Ancaq İraqın parçalanması ssenariləri müvəffəqiyyətli olmayacaq”.

Baş nazir prezident seçkilərinin mümkün qədər tez keçirilməli olduğunu söyləyib.

“Yeni prezident və parlament sədri İraqın parçalanmasının qarşısını almalıdır”, - o dilə gətir

/publika.az/


Müəllif: