21 May 2017 11:15
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

İllərcə Türkiyədə sürgün həyatı yaşayan Əfqanıstan prezidentinin sabiq köməkçisi general Dustum yenidən Türkiyəyə gəlib.

Teleqraf.com xarici mediaya istinadən bildirir ki, generalın Türkiyəyə gəlməsi müəyyən iddiaların ortaya çıxmasına səbəb olub. Bəzi iddialara görə, özbək general yenidən sürgünə getməyə məcbur edilib. Bəzi xəbərlərə görə, onun Türkiyəyə müalicəyə gəldiyi deyilir.

Qeyd edək ki, general Dustuma bağlı qüvvələr Əfqanıstanın şimalında müəyyən qədər nüfuza malikdir. General Dustum Əfqanıstandakı hakimiyyət uğrunda mübarizələrdə aktiv iştirak edib və 2008-ci ildə Türkiyədə sürgün həyatı yaşamağa məcbur olub.

Əfqanıstanın sabiq prezidenti Həmid Kərzani 2014-cü ildə onu Əfqanıstana dəvət edib və general bir müddət hökumətdə işləyib.


Müəllif: Cavad