21 May 2017 19:50
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelanın paytaxtı Cakartada hökumətin istefası tələbi ilə həftələrdir ki, aramsız aksiyalar keçirilir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Cakartada keçirilən sonuncu aksiya zamanı faciə yaşanıb. Paytaxtın mərkəzi küçələrini bağlamağa cəhd göstərən nümayişçilərlə polis arasında toqquşma baş verib. Aksiya işçiləri "Dərhal seçkilər" şüarı səsləndirib. Onlar polisi geri itələyərək yolları bağlamağa çalışıb.

Polislə qarşıdurma zamanı bir etirazçı diri-diri yanıb. Paltarları alovlanan nümayişçi küçədə qaçarkən jurnalistlər tərəfindən fotoları çəkilib.

Qeyd edək ki, Venesuelada martdan bu yana başlayan etiraz aksiyaları zamanı 46 nəfər ölüb, yüzlərlə insan yaralanıb.


Müəllif: Cavad