22 May 2017 10:01
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Xarici İşlər naziri Cavad Zərif ABŞ Prezidenti Donald Trampın İranla bağlı fikirlərinə reaksiya verib.

Teleqraf.com-un xəbərinə görə, nazir Zərif deyib ki, İran demokratik bir seçkini geridə qoydu:

“Demokratiyanın və orta yolun beşiyi ABŞ tərəfindən hücumlara məruz qalır. Bu hücum xarici siyasətinmi, yoxsa Səudiyyə Ərəbistandan alınan 480 milyard dolların qaymağımı?”.

Qeyd edək ki, Prezident Tramp Səudiyyə Ərəbistanında səfərdə olduğu zaman İranın Suriya rejiminə verdiyi dəstəyi kəskin tənqid edib, bu dəstəyi qorxunc bir cinayət adlandırıb: “İran rejimi qlobal terrorizmə liderlik edir. Bölgədə xaos yayır”.


Müəllif: Cavad