22 May 2017 11:53
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan ordusunun son sutka ərzində keçirdiyi anti-terror əməliyyatları zamanı 71 silahlı öldürülüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyatlar Nanqarhar, Hilmend, Laqman, Farah, Qunduz, Qur, Vardak və Zabul vilayətlərində keçirilib. Daha 40 terrorçu isə yaralı halda ələ keçirilib.


Müəllif: Samir