22 May 2017 13:15
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin kürdyönümlü siyasi təşkilatı - HDP-dən Ankara millət vəkili Sırrı Sürəyya Öndər siyasətdən gedəcəyini bəyan edib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, ssenarist-yazar Sırrı Sürəyya Öndər siyasəti kinoya dəyişəcəyini bildirib:

"Bəli, aktiv siyasətdə son dönəmdəyəm. Siyasəti kino ilə davam etdirəcəm. Hazırda üç ssenarim var".

1962-ci il təvəllüdlü Sırrı Süreyya Öndər 2011-2013-cü illərdə Barış və Demokratiya Partiyasının, bu təşkilat 2013-cü ildə Xalqların Demokratik Partiyasına (HDP) birləşəndən sonra isə sonuncunun üzvü olub.


Müəllif: Mahir