22 May 2017 20:44
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına etdiyi ilk xarici səfər maraqlı anlarla yadda qalıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında atasını müşayiət edən İvanka Trampı çox bəyənən iş adamı internetdə krala müraciət edib.

“Mən Bədr Fehd Abdulla, Donald Trampın qızı Ivankanı Allahın izni ilə mənə istəməsini Kral Salmandan tələb edirəm”, deyə müraciət bildirilir. .

Qeyd edək ki, İvanka Tramp Ağ Evin əsas müşaviri olan Cared Kuşner ilə 2009-cu ildən evlidir və onların iki uşağı var.


Müəllif: Teleqraf.com