23 May 2017 08:52
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Notr-Dam universitetində keçirilən son zəng mərasimi zamanı maraqlı anlar yaşanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, mərasimdə ABŞ-ın hazırki vitse-prezidenti Maykl pens çıxış edib.

Pens çıxışa başlayan anda bir qrup tələbə boykot əlaməti olaraq, mərasimi tərk edib. Məlumatlara görə, tələbələr bununla ABŞ-ın hazırki hökumətini müsəlman və digər icmaların hüquqlarını qorumağa çağırıb və Meksika ilə sərhəddə divar hörülməsinə qarşı çıxdıqlarını bildirib.

Samir


Müəllif: Teleqraf.com