24 May 2017 14:39
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vatikanda səfərdə olan ABŞ Prezidenti Donald Tramp Roma Papası II Fransisk ilə görüşüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş zamanı tərəflər bir-birilərinə müxtəlif hədiyyələr verib.

İlk olaraq, Papa Trampa zeytun ağacından hazırlanmış medalyon hədiyyə edib. O bildirib ki, bu medalyon sülh rəmzidir. Bundan başqa II Fransisk amerikalı prezidentə tarixi və məxfi hesab edilən sənədlər təqdim edib.

Tramp medalyonu aldıqdan sonra "Bizə sülh lazımdır" deyib və Papaya Martin Lüter King kitabının xüsusi nəşrini təqdim edib.


Müəllif: Samir