24 May 2017 23:42
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın xarici işlər naziri Siqmar Qabriel alman deputatların 25-28 may tarixlərində Türkiyəyə gözlənilən səfəri ləğv etmələrinə görə rəsmi Ankaranı ittiham edib.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Çinə rəsmi səfəri zamanı keçirdiyi mətbuat konfransında mövzu ilə bağlı bildirib ki, Türkiyə vitse-spiker Klaudia Roz və digər üç millət vəkilinin ölkəyə girişinə qadağa qoyub.

"Klaudia Roz və digər üç millət vəkilinin alman əsgərlərə baş çəkməsinin mübahisə predmeti olmadığı halda Türkiyənin onlara ölkəyə giriş qadağası tətbiq etməsi NATO-nun sabah keçirilməsi planlaşdırılan Zirvə toplantısında qiymətləndiriləcək: "Türkiyənin bu addımı bundan sonrakı görüş və müzakirələri yumuşaltmayacaq".

Klaudia Roz da bugünki açıqlamasında bildirib ki, Türkiyə səfərinin ləğv edilməsinə səbəb Ankara rəsmilərinin onlara "alman deputatlarla siyasi müzakirələr aparmaq indiki məqamda uyğun deyil" xəbərdarlığı ilə əlaqələndirib. Vitse-spikerə görə, Türkiyənin bu xəbərdarlığı rəsmi görüşlərdən imtina və siyasi dialoqdan qaçmaq kimi qiymətləndirilməlidir.

Alman mətbuatı yazır ki, NATO-nun Zirvə toplantısında Ərdoğan və Merkel arasında görüş olacaq. Görüşdə İncirlik hərbi bazası, deputatların ölkəyə buraxılmaması və Türkiyədə həbsdə olan "Die Welt" qəzetinin müxbiri Deniz Yücelin durumu da müzakirə olunacaq.

Ruslan


Müəllif: Teleqraf.com