24 May 2017 23:28
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın müdafiə naziri Panos Kammenos mətbuata açıqlamasında 1914-1923-cü illərdə Türkiyədə Mustafa Kamal Atatürkün rəhbərliyilə Samsunda yaşayan Pontus yunanlarına qarşı soyqırımı həyata keçirildiyini bildirib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Panos Kammenosun bu iddialarına AKP hökuməti tərəfindən hələ ki, heç bir reaksiya verilməyib.

Kammenosa görə, 1909-1923-cü illərdə türklər 350 mindən çox Pontus yunanı və 1,5 milyon erməni öldürüblər.

Amma müdafiə nazirinin bu iddiaları cəfəngiyatdan başqa bir şey olmadığını 1923-cü ildə imzalanmış Lozanna anlaşması təsdiqləyir. Həmin anlaşmada türklərin rumlara qarşı hansısa zorakılığa yol verdiyinə dair bir cümlə belə yer almayıb.


Müəllif: Ruslan Xəlil