17 İyul 2014 11:39
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi liderləri Ukrayna böhranı ilə bağlı yenidən bir araya gəlib.


Almaniya Baş naziri Angela Merkel müzakirə öncəsi media qarşısına çıxaraq Rusiyaya əlavə sanksiyaların tətbiq edilməsini müzakirə edəcəklərini deyib.

Bununla da son günlər Rusiyaya qarşı həssas rəftarı ilə görünən Merkeldən yeni bir xəbərdarlıq mesajı verilib.

Merkel yeni sankisyaların tətbiqinin müzakirə edilməsinə səbəb kimi Rusiyanın Ukraynada sülh üçün atdığı addımların yetərsiz olduğunu göstərib.

AB liderlərinin Rusiyada yeni layihələr üçün kredit verilməsinin qarşısını alacaqları və daha əvvəl tətbiq edilən sanksiyaların da genişləndiriləcəyi təxmin edilir.

/axar.az/


Müəllif: