26 May 2017 15:36
1 949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələrinin Moskvaətrafı bölgələr üzrə rəhbəri, general-mayor Aleksey Lauşkin Prezident Vladimir Putinin əmri ilə vəzifəsindən azad edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Lauşkinə qarşı korrupsiya ittihamı irəli sürülüb və o, axtarışa verilib.

Məlumatlara görə, general Lauşkin hazırda həbsdə olan polkovnik Zaxarçekoya 800 min dollar rüşvətin çatdırılmasında vasitəçilikdə ittiham olunur. İlkin ehtimallarda generalın Gürcüstana qaçdığı iddia edilir.

Qeyd edək ki, Zaxarçenko ötən ilin sentyabrında vəzifə səlahiyyətlərini aşma və rüşvət alma maddələri üzrə təqsirli bilinərək, həbs olunub.


Müəllif: Samir