26 May 2017 17:13
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Estoniyanın Narva şəhərindəki baş konsulu Dmitri Kazyennov və konsul Sergey Surqayevə ölkəni tərk etməklə bağlı nota təqdim olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Delfi” portalı Estoniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sandra Kamilovaya istinadən məlumat yayıb. Bildirilir ki, adı çəkilən şəxslər təcili şəkildə ölkəni tərk etməlidirlər.

Rusiyanın Estoniyadakı səfirliyindən diplomatların ölkədən çıxarılması qərarını şərh etməkdən imtina ediblər.


Müəllif: Səxavət