26 May 2017 23:42
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton administrasiyası Rusiyaya sanksiyaları yumşaltmaq niyyətində deyil.

Bunu Ağ Evin yüksək rütbəli nümayəndəsi bəyan edib.

"Biz Rusiyaya tətbiq edilən sanksiyaları yumşaltmaq niyyətində deyilik. Əksinə, sanksiyaların sərtləşməsi məsələsinə baxıla da bilər. Prezident Tramp sanksiyaları qüvvədə saxlamaq niyyətindədir. Prezident sanksiyaların ləğvinin şərtləri barədə açıq-aydın bildirib".
/APA/


Müəllif: Teleqraf.com