27 May 2017 00:58
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın böyük qızı İvanka Romada kuryoz hadisə ilə qarşılaşıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, həyat yoldaşı Cared Kuşnerlə Romadakı "Müqəddəs İqnatiya" restoranına baş çəkib.

İvanka restoranda asılan və "Latsio" klubunun futbolçusu Corco Kinalyanın əks olunduğu fotodakı şəxsi Müqəddəs İqnatiya adlandırıb.

Restoran sahibi bu zaman prezidentin qızının səhvini düzəltdib və fotodakı şəxsin kimliyinə aydınlıq gətirib.

Samir


Müəllif: Teleqraf.com