27 May 2017 12:01
1 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimr Putin bir sıra xarici ölkə vətəndaşlarına Dostluq ordeni verib.

Teleqraf.com xəbər verir ki, Putinin orden verdiyi şəxslərdən biri də türk iş adamı Cavid Çağlar olub.

Cavid Çağlar Türkiyədə illər əvvəl nazir postu tutub. Hazırda iş adamı kimi tanınır. Bundan başqa, Cavid Çağların Rusiyada, xüsusilə Dağıstan Muxtar Respublikasında böyük yatırımları var.

Cavid Çağların adı mediada həm də Rusiya-Türkiyə münasibətlərinin qurulmasında əsas vasitəçi kimi olaraq hallandırılırdı.

Türkiyə Rusiyanın qırıcı təyyarəsini vurduqdan sonra Moskva-Ankara münasibətlərində gərgin durum yaranmışdı. Həmin vaxt Kremli Türkiyə ilə bağlı siyasi, iqtisadi, hüquqi və mədəni münasibətləri dayandırmış, bir çox türkləri ölkədən deportasiya etmişdi.

Sonradan bəlli olmuşdu ki, Moskva-Ankara münasibətlərinin yenidən qurulması üçün Cavid Çağlar iki ölkə arasında vasitəçi rolunu oynayıb. Məhz o, Dağıstan Muxtar Respublikasının prezidenti Ramazan Abdulatipov vasitəsilə Putinə çıxış əldə edib və bundan sonra iki ölkə arasında münasibətlər qaydasına düşüb.


Müəllif: Cavad