27 May 2017 14:25
1 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Estoniya tərəfi rusiyalı diplomatlar, baş konsul Dmitri Kazennov və konsul Andrey Surqayevin ölkədən çıxarılması səbəbi kimi onların kəşfiyyat məlumatlarını Rusiyaya ötürməsini göstərib.

Teleqraf.com xəbər verir ki, Estoniyanın ETV telekanalı isə olayın əsl səbəbini açıqlayıb.

Məlumatlara görə, 1944-cü ildə Estoniya üzərində Pe-2 sovet bombardmançısının vurulması ildönümü münasibəti ilə Kiviıli şəhərinin meri Nikolay Vaekinin yazdığı fikirlər eston hökumətinin narazılığına səbəb olub. O, "Bu qatillər mənim nənəmi bombalayıblar. Onlar cəhənnəmdə yanmalıdır" fikirlərini səsləndirib.

Estoniya hökuməti bu fikirləri təhqir olaraq qiymətləndirib və cavab tədbiri görüb.


Müəllif: Samir İsayev